Tel: (212) 453 48 72-73

HAQQIMIZDA

Medipol Universitet Xəstəxanası Parkinson və Hərəkət Pozulmaları Mərkəzi, 3 Sentyabr 2018-ci il tarixindən etibarən Medipol Təhsil Sağlamlıq Qrupunun tərkibində fəaliyyət göstərməkdədir. Mərkəz  Türkiyədə ilk dəfə yalnız Parkinson və hərəkət pozulmalarının  diaqnoz və müalicəsinə yönəlmiş və bu yöndəki araşdırmalara istiqamətlənən  ayrı və müstəqil bir klinika olaraq xidmət göstərməyə başlamışdır. Mərkəzdə Parkinson başda olmaqla , esansiyel tremor və digər tremor növləri,distoniya, Parkinson plus sindromu, tardiv sindromları, Kore sindromları, Huntinqton xəstəliyi, paroksismal diskineziyalar, miokloniyalar, Turet  sindromu və Vilson xəstəliyi kimi xəstəliklərin  müalicəsinə dəstək verilir

Medipol Universitet Xəstəxanası Parkinson və Hərəkət Pozulmaları Mərkəzi həmçinin xəstə və yaxınlarını məlumatlandırma məqsədli seminarlar ,tarazlıq və nitq reabilitasiyası,psixoloji test və dəstək xidmətləri ilə yanaşı xəstələrin ictimailəşməsi məqsədilə fəaliyyət göstərən müxtəlif atelyelər ( zərb musiqi alətləri,rəsm xətt,rəsm və s.) ilə də diqqət çəkməkdədir