Tel: (212) 453 48 72-73

PARKİNSON

Beyində olan və hərəkət sistemini tənzimləyən dopamin adlı maddənin müəyyən müddət ərzində əksilməsi səbəbindən  ortaya çıxan bir xəstəlikdir.

Xəstəliyin əlamətləri nələrdir?

  • Hərəkətlərdə yavaşlama
  • Titrəmə
  • Əzələlərdə sərtlik
  • Donuqluq
  • Müvazinətsizlik
  • Yerimədə çətinlik
  • Üz cizgilərində donuqlaşma
  • Əl yazısında kiçilmə və ya pozulma

Hər nə qədər bir hərəkət pozulması olaraq bilinsə də xəstəliyə;

  • Qoxu bilmə duyğusunun  azalması
  • Yuxu pozulmaları
  • Qəbizlik
  • Tez-Tez idrara getmə
  • Dəyişkən əhval ruhiyyə
  • Depressiya və bir çox başqa əlamətlər də aid edilə bilər

Parkinson “qocalıq xəstəliyi” olaraq bilinir amma gənc yaşlarda da Parkinson xəstəliyinə rast gəlinir mi?

Xəstəliyin yaşı ortalama 60-80 arası olsa da,xəstələrin 4%-i 50 yaşın altındadır.Bəli  Parkinson xəstəliyinə gənc yaşda da rast gəlinə bilər

 

Hər titrəmə Parkinson deyil lakin diqqət edilməsi vacibdir!

Parkinson titrəməsi adətən  hərəkətsiz haldaykən  əllərdə və ya ayaqlarda görülən bir titrəmədir ,hərəkət edən zaman isə titrəmə dayanır. Hər titrəmə Parkinson deyil. Esansiyel Tremor,Fiziolojik Tremor,Distonik Tremor,Rubral Tremor kimi başqa titrəmə səbəbləri də mövcuddur