0212 453 48 72 - 73

Beyin batareyası nədir?

Beyin batareyası,beyinin içinə yerləşdirilən incə elektrodlar vasitəsilə xəstə bölgəyə elektrik yükü verilməsi ilə xəstəliyin əlamətlərinin düzəldilməsinə yönəlmiş bir müalicə üsuludur.

Beyin batareyaları ilə müalicə necə həyata keçirilir?

Tibb dilində “ neyromodulyasiya” adlanan bu üsul sayəsində beynin içində hədəflənən hər hansı bir nöqtəyə verilən elektrik dalğası ilə bu bölgədəki hüceyrələrin fəaliyyətlərinə təzyiq və ya xəbərdarlıq edilməsi təmin edilir.

Beyin batareyası əməliyyatının müddəti

əməliyyat 4-5 saat ərzində bitir. Bu əməliyyatlar xəstə oyaqkən söhbət edərək və xəstə ilə qarşılıqlı yardımlaşaraq  əməliyyatxana şəraitində həyata keçirilir. Xəstələr əməliyyat zamanı bir neçə keyləşdirici iynənin  ağrısından başqa hər hansı bir ağrı hiss etməzlər

Beyin batareyası əməliyyatlarının uğuru nədədir?

Bu əməliyyatlarda beyin içində hədəflənən 2-3 mm ölçülü bir bölgənin aşkar edilərək beyin batareyası elektrodlarının bu bölgəyə heç bir səhvə yol vermədən yerləşdirilməsi vacibdir.Tibb dilində ”Mikroelektrod Qeyd və Stimulyasiya Texnikası” olaraq adlandırılan bu üsul sayəsində bu sahədəki hüceyrələrin yerlərinin 80 mikrondan az bir xəta payı ilə aşkarlanması mümkündür.

Beyin batareyaları xəstələrin həyatında nələri dəyişməkdədir?

Beyin batareyalarının xəstələrə təsirini “xəstəliyin saatını geri çəkmək “ şəklində təsəvvür edə bilərik. Əməliyyatdan sonra xəstələr əsaslı şəkildə sağalaraq keçmiş həyatlarına daha yaxın bir həyat tərzi keçirmiş olurlar.Çəngəli belə tuta bilməyən,iynəni saplaya bilməyən ,yazı yaza bilməyən,başqalarının köməyi ilə yaşayan bir çox xəstə günlük həyat tərzinə geri dönə bilmiş ,digər bir qismi də hətta peşələrini davam etdirmişlər

Batareyanın müddəti varmı?

Günlük həyatımızda istifadə etdiyimiz digər batareyalar kimi beyin batareyalarının da müəyyən bir müddəti var.Bu müddət xəstəyə verilən elektrik dalğasından asılı olaraq 4-6 il arasında dəyişir.Təyin olunmuş müayinələrlə batareyanın müddəti yoxlanılır .Batareyanın bitməsinə az müddət qalarsa batareya dəyişmə əməliyyatı ilə batareyalar dəyişdirilir.

Beyin batareyası əməliyyatlarının riskləri nələrdir?

Hər əməliyyatda olduğu kimi bu əməliyyatlarda da az da olsa risk vardır.Son dərəcə müsbət nəticə əldə etməni təmin edən “Mikroelektrod Qeyd və Stimulyasiya Texnikası” sayəsində bu risklər də yox deyiləcək qədər azalmaqdadır.Beyin batareyası dəyişmə əməliyyatlarında 1 % infeksiya və 1 % beyin qanama riski vardır.

Tətbiqi mümkün olmayan xəstələr varmı?

Hərəkət pozulmaları olan hər xəstəyə cərrahi müdaxilə tətbiq edilməsi mümkün olmaya bilər.Əməliyyatın xəstələrə uyğun olub olmayacağına ,və ya belə bir prosedura namizəd olub olmayacaqlarına yalnız ətraflı tibbi dəyərləndirmə və testlərdən sonra qərar verilməkdədir.

Beyin batareyasının üstünlükləri nələrdir?

Beyin batareyasının üstünlüyü, nəzarət edilən və programlanabilən bir müalicə üsulu olmasındadır.Xəstə vəziyyətindən razı deyilsə və ya hər hansı bir problem yaşayarsa batareyanın bağlanması və ya çıxardılması mümkündür

Beyin batareyası olan bir xəstə həyat tərzində nələrə diqqət etməlidir?

Beyin batareyası olan xəstələr günlük həyatlarına davam edə bilər,zərbələrdən qorunmaq şərti ilə bütün növ idman fəaliyyəti ilə məşğul ola bilərlər. Bu xəstələrin bədənlərində bir sıra metal implant və elektron cihaz  olduğundan hava limanlarında  və güclü təhlükəsizlik sistemləri olan yerlərdə xəbərdarlıq edirlər.Buna görə də bədənlərində cihaz olduğunu göstərən sertifikat ilə manual təhlükəsizlik tədbirləri tətbiq edilən yerlərdən rahatlıqla keçə bilərlər.

 

 

 

Beyin Batareyası ilə bağlı doğru bilinən yanlışlar

Beyin batareyası müalicəsi faydasızdır

Son elmi və tibbi  tədqiqatlar müvafiq xəstələrə tətbiq olunan beyin batareyası müalicəsinin  xəstəliyin əlamətlərinə yararlı olduğunu sübut etməkdədir.

Beyin batareyası  əməliyyatları çox riskli əməliyyatlardır.

Təcrübəli əllər və doğru  texnologiyanın  bir araya gəldiyi beyin batareyası əməliyyatlarında çox az risk vardır.

Yaşı 70 –dən çox olan xəstələrə beyin batareyası tətbiq edilə bilməz

Bu əməliyyatların meyarı yalnız yaş faktoru deyil.80 yaşlı bir xəstəyə beyin batareyası əməliyyatı edilə biləcəyi halda gənc yaşda olan bir xəstəyə bu əməliyyat uyğun görülməyə bilər.

Beyin batareyası əməliyyatları çox bahalı əməliyyatlardır

Sosial təminat sistemi  düzgün diaqnoz qoyulan  və qanunvericiliyə uyğun olaraq həyata keçirilən  əməliyyatları təmin edə bildiyi üçün maliyyə səbəbindən həyata keçirilməsi imkansız olan əməliyyat deyil

Beyin batareyaları xəstəliyi tamamilə aradan qaldırır.

Beyin batareyası əməliyyatı ilə Parkinson xəstələrində “xəstəliyin saatını geri çəkmək” mümkündür amma bu əməliyyatlar xəstəliyi tamamilə aradan qaldırmaz. Həyata keçirilən müdaxilənin məqsədi beyində dopamin çatışmazlığı ilə əlaqədar  xəstəlik əlamətlərindən  məsul olan hüceyrələrin həddindən artıq aktivliyini düzəltməkdir.Lakin Parkinson beynin degenerativ bir xəstəliyi olub əlamətləri düzəlsə də bu müalicə ilə  xəstəliyin davam edərək yavaş-yavaş irəliləməsini dayandırmaq mümkün deyil.